Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilibbackend

Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) aparat rəhbəri vəzifəsinə təyinat olub. 

Qurumdan  verilən məlumata görə, bu vəzifə Fərman Vahid oğlu Qurbanlıya həvalə edilib. 

O, indiyə qədər MİDA-nın Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifəsini tutub, Agentlikdən əvvəl isə “Bank BTB”, “PAŞA Bank” və \”Yelo Bank\” ASC-lərdə müxtəlif vəzifələrdə çalışıb. 

F.Qurbanlı İngiltərənin Lankaster Universitetində Pul, Bankçılıq və Maliyyə üzrə magistr dərəcəsi alıb.

İnterpress.az