Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Millimiz Millətlər Liqasında Ermənistanla bir səbətdə yer alacaq

UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020/21-ci il mövsümü ilə əlaqədar olub.

Dərc edilib: 5 dekabr 2019 [15:11]
Baxış sayı: 5335

UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020/21-ci il mövsümü ilə əlaqədar olub.

İnterpress.az xəbər verir ki, Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq.

Millimiz C liqasının reytinqə görə ən zəiflərin yer aldığı dördüncü səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.

C liqasında yığmamızın potensial rəqibləri isə bu komandalardır:

Birinci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan

İkinci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr

Üçüncü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq

Qeyd edək ki, UEFA Millətlər Liqasının  püşkatma mərasimi 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək.

Millimiz Millətlər Liqasında Ermənistanla bir səbətdə yer alacaq






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 219