Eden Azar “El-Klasiko”da iştirak etməyəcəkbackend

Eden Azar “El-Klasiko”da iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın \”Real Madrid\” komandasının futbolçusu Eden Azar La Liqanın X turundan təxirə salınan \”Barselona\” ilə matçda iştirak etməyəcək.

\”Report\” \”Marca\”ya istinadən xəbər verir ki, 28 yaşlı belçikalı hücumçu zədə səbəbindən \”El-Klasiko\”nu buraxacaq. Oyunçunun sağalma müddəti daha sonra açıqlanacaq. Azar Çempionlar Liqasının qrup mərhələsinin V turunda Madriddə Fransa PSJ-si ilə görüşdə (2:2) xəsarət alıb.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək \”Barselona\” – \”Real Madrid\” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.