Rusiyalılar Ukraynaya xarici pasportla gedib-gəlməli olacaqbackend

Rusiyalılar Ukraynaya xarici pasportla gedib-gəlməli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, müvafiq sərəncam Ukrayna baş naziri Arseni Yatsenyuk tərəfindən imzalanıb.

Cənab Yatsenyuk rəsmi Kiyevin Rusiyanın addımını təkrar etdiyini və Vladimir Putinin MDB ölkələri arasında gediş-gəlişin xarici pasportlar əsasında həyata keçirilməsi barədə çağırışına uyğun qərar verildiyini vurğulayıb.

Bu ilin yanvarın 1-dən Moskva MDB vətəndaşları üçün Rusiyaya xarici pasportlarla daxil olmağa icazə verən qaydalar tətbiq edib.

Həmin qaydalarda yalnız Gömrük İttifaqına üzv olan ölkələrin vətəndaşları üçün istisna edilib.

Rusiya XİN rəhbəri Sergey Lavrovun sözlərinə görə, Gömrük İttifaqı ölkələrilə yanaşı Ukrayna üçün də həmin qaydalarda istisna edilib.

Sergey Lavrov rəhbərlik etdiyi idarənin Kiyevin addımı ilə bağlı bəyanat hazırladığını qeyd edib.

Ukrayna baş naziri Arseni Yatsenyukun sözlərinə görə, daxili Rusiya pasportları ilə ölkəyə daxil olmağa tətbiq edilmiş qadağa sərhəddə nəzarəti gücləndirməklə yanaşı ölkənin milli təhlükəsizlik maraqlarını təmin etməyə də imkan verəcək.

Cənab Yatsenyuk Ukraynaya gələn Rusiya vətəndaşlarının ölkədə qalması müddətinə də nəzarəti gücləndirməyi müvafiq qurumlara tapırııb.

Hökümətlərarası müqaviləyə əsasən, qeydiyyatdan keçmədən rusiyalılar Ukrayna ərazisində 90 gündən artıq qala bilməzlər.

İnterpress.az