Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcəkbackend

Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edir.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək.

Artıq qurumun bəzi şöbələrinin yeri dəyişdirilib. Mərhələlərdə həyata keçirilən köçmə prosesi gələn ay başa çatacaq.

Xatırladaq ki, Hökumət Evinin 2-ci və 9-cu mərtəbələri Energetika Nazirliyinə məxsus olub. Həmin mərtəbələrdə aparılan təmir işləri ilə əlaqədar nazirlik “Çinar Plaza”nın 12, 14 və 16-cı mərtəbələrinə köçmüşdü. 

İnterpress.az