Məşhur müğənni 15 yaşlı musiqiçi ilə evlənmək üçün rüşvət veribbackend

Məşhur müğənni 15 yaşlı musiqiçi ilə evlənmək üçün rüşvət verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Ar Kelli (K.Kelly) İllions ştatında dövlət məmuruna rüşvət verərək, 15 yaşlı müğənni Aliya ilə evlənib.

Bu barədə “The Independent” xəbər verib.

Bildirilir ki, Ar Kelli məmura rüşvət verərək. qızın yetkin olduğunu göstərən saxta sənədlər alıb. Bu cinayətin 1994-cü ilin avqust ayında baş verdiyi deyilir.

2019-cu ilin yanvar ayında KİV-də Ar Kelli ilə Aliyanın evliliyinin rəsmi qeydiyyatını təsdiqləyən sənədlər yayımlandı.

Sonradan o, qeyri-qanuni elan edilmişdi. Qızın özü müğənni ilə intim əlaqəsini inkar edib. Qeyd edək ki, Aliyə 2001-ci ildə aviaqəzada həlak olub.

Onu da qeyd edək ki, iyulun 12-də Ar Kelli Çikaqoda həbs olunub. Ona qarşı uşaq pornoqrafiyasının hazırlanması, yetkinlik yaşına çatmayan uşaqlara zərər vermə, cinsi təcavüz, həmçinin, istintaqın aparılmasına mane olmaq kimi ittihamlar da daxil olmaqla 10-dan çox maddə ilə cinayət işi açılıb.

Məşhur müğənni 15 yaşlı musiqiçi ilə evlənmək üçün rüşvət verib