Ərdoğan dördtərəfli zirvədə: Siz bu haqqı haradan almısınız?backend

Ərdoğan dördtərəfli zirvədə: Siz bu haqqı haradan almısınız?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, İngiltərə, Almaniya və Fransa arasında dördtərəfli zirvə keçirdik. Bu zirvədə xüsusən “Sülh çeşməsi” əməliyyatını nəzərdən keçirdik. Hazırladığımız sənədləri, informasiyaları təqdim etdik.

“CNN Türk” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda onu müşayiət edən türk jurnalistlərlə görüşü zamanı deyib.

“Bununla yanaşı, diqqətdə saxladıqları bir məsələ var: “Buradan nə zaman çıxacaqsınız?”  Biz də onlara “bəs sizin burada nə işiniz var?” sualını verdik. Burada sərhədiniz var? Yoxdur. Sizə qarşı hücum var? Nə işiniz var axı burada? Bizim burada 911 kilometrlik sərhədimiz var. Hücumlar bizə edilir, biz şəhidlər veririk. Sizin hər hansı insan itkiniz, yaralınız varmı? Yoxdur. Bəs burada nə işiniz var, bizə bu sualı vermək haqqını haradan almısınız? “Baxın” dedim, çox açıq və qəti şəkildə söyləyirəm, Tel Abyad və Ras əl-Eyndə müəyyən etdiyimiz o sülhü təmin etməmiş buranı tərk etməyimiz mümkün deyil. Çünki biz buraya bir sülh üçün girdik və sülhü təmin edəcəyik”,  – Ərdoğan bildirib.

İnterpress.az