Avstraliyada dəyəri bir milyard dollara yaxın narkotik maddə aşkar edilibbackend

Avstraliyada dəyəri bir milyard dollara yaxın narkotik maddə aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya polisi ölkə tarixində rekord məbləğdə – 820 milyon dollarlıq metamfetamin aşkar edib. 

Məlumatı CNN agentliyi yayıb. 

Narkotik maddə Tailanda gətirilən stereodinamiklərin daxilində gizlədilib. 

Polisin açıqlamasına görə, müsadirə edilən narkotik vasitə 1596 kiloqram çəkiyə malikdir. 

Saxlanılan üç nəfər narkotacirə ömürlük həbs cəzası verilməsi nəzərdə tutulur. 

İnterpress.az