Dövlət Komitəsinin əməkdaşları ağacəkmə aksiyasında iştirak edibbackend

Dövlət Komitəsinin əməkdaşları ağacəkmə aksiyasında iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və Azərbaycan Diaspor Könüllüləri böyük mütəfəkkir-şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı ağacəkmə aksiyasında iştirak edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu gün respublikamızda 650 min ağacın əkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Bununla əlaqədar olaraq, Azırbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.