Bağdadda nümayişçilərə atəş açılıb: Çoxlu sayda ölən və yaralananlar varbackend

Bağdadda nümayişçilərə atəş açılıb: Çoxlu sayda ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın paytaxtı Bağdad şəhərində nümayişçilərin güllələnməsi nəticəsində 16 nəfər ölüb, 30-dan çox insan isə yaralanıb.

TASS xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına yaxınlaşaraq  etirazçılara atəş açıb. Təxribatı törədənlərin kim olduğu hələ bilinmir.

Etirazçılar ordunu müdaxiləyə və onları müdafiə etməyə səsləyiblər.

İnterpress.az