ABŞ şirkəti Kaliforniyadakı yanğından zərər çəkənlərə 13,5 milyard dollar ödəyəcəkbackend

ABŞ şirkəti Kaliforniyadakı yanğından zərər çəkənlərə 13,5 milyard dollar ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın \”Pacific Gas and Electric\” (PG&E) energetika şirkəti 2017 və 2018-ci illərdə Kaliforniya ştatında baş verən təbiət yanğınları zamanı dəymiş zərərin ödənilməsi məsələsinin həllinə qərar verib.

İnterpress.az  TASS-a istinadən xəbər verir ki, dəymiş zərərlər barədə müraciət edənlər komitəsi və zərər görmüş ayrı-ayrı şəxslərin maraqlarını təmsil edən şirkətlərin tələbi əsasında şirkət, təqribən, 13,5 milyard dollar ödəməyə razılaşıb.

Sazişin yerinə yetirilməsi çox sayda şərtin yerinə yetirilməsindən asılıdır. Göstərilən məbləğin bir hissəsi Kaliforniya administrasiyasına, habelə zərər çəkən tərəflərin vəkillərinə veriləcək.

Şirkətdən bildirilib ki, dəymiş ziyana görə kompensasiya müflis olmaq təhlükəsi fonunda müəssisəsinin yenidən qurulması ilə paralel aparılacaq. PG&E ümid edir ki, yenidənqurma planı 2020-ci il iyunun 30-na qədər iflas üzrə məhkəmə tərəfindən təsdiqlənəcək.

Qeyd edək ki, Kaliforniya hökuməti daha əvvəl son iki ildə ştatda azı 17 təbii yanğın qeydə alındığını, bunun çoxsaylı insan tələfatına və geniş miqyaslı dağıntılara səbəb olduğunu bildirmişdi. Yanğının əsas səbəbləri kimi elektrik xətlərinin dayaqlarının aşması, naqillərin qırılması və onların ağaclarla təması göstərilib.

PG&E həmçinin 2018-ci ilin noyabr ayında başlayan və yalnız bir neçə həftə sonra söndürülən Kaliforniyanın müasir tarixindəki ən dağıdıcı yanğında da ittiham olunur. O zaman 85 nəfər ölmüş, təqribən, 14 min yaşayış binası, 520-dən çox ticarət binası, 4 mindən çox digər tikili yanmışdı.

İnterpress.az