İsmayıllıda dəhşətli qəzada oğlunun öldüyünü zənn edən atanın ürəyi dayandıbackend

İsmayıllıda dəhşətli qəzada oğlunun öldüyünü zənn edən atanın ürəyi dayandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolununda baş verən yol qəzasında İsmayıllının Diyallı kənd sakini 1995-cı il təvəllüdlü Abışov Ramal Əliyusif oğlu hadisə yerində ölüb. Qəza nəticəsində İsmayıllı rayon sakinləri – 1977-ci il təvəllüdlü Süleymanov Ramil Məhəmmədağa oğlu, 1982-ci il təvəllüdlü Süleymanov Mehman Eyvaz oğlu, 1982-ci il təvəllüdlü İsmayılov İlkin İkram oğlu müxtəlif növ bədən xəsarətləri alaraq, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə barədə eşidən yaralılardan birinin qohumu 1965-cı il təvəllüdlü Nağıyev Rəhman Surxay oğlu hadisə zamanı oğlunun öldüyünü zənn edib. Ürək xəstəsi olan R.Nağıyevin səhhəti pisləşib və qəfildən ölüb.

Faktla bağlı araşdırma aparılır.