Aeroport yolunda zəncirvari qəza: Tıxac yarandıbackend

Aeroport yolunda zəncirvari qəza: Tıxac yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Suraxanı rayonunda baş verən zəncirvari qəza tıxaca səbəb olub.

İnterpress.az xəbər verir ki, hadisə səhər saatlarında Aeroport yolu istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Mərdəkan istiqamətində hərəkət edən avtomobillərdən üçü toqquşub.

Zəncirvari qəza “Jeep”, “Opel” və “Saipa” markalı minik maşınlarına ciddi ziyan dəyib. Hadisə nəticəsində ölən və yaralananlar olmayıb. Hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb edilib.

Qəza nəticəsində Aeroport yolunda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub.

İnterpress.az