ATƏT PA-nın prezidenti Azərbaycanda aparılan son islahatları alqışlayıbbackend

ATƏT PA-nın prezidenti Azərbaycanda aparılan son islahatları alqışlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda aparılan islahatlar, gənclərin siyasi arenaya daxil olması böyük əhəmiyyət kəsb edir”.

İnterpress.az Gürcüstan bürosu xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Prezidenti Giorgi Tsereteli Tbilisidə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan rəhbərliyi reallaşdırdığı islahatlar və dəyişikliklərlə demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir: “Bu dəyişikliklər, ilk növbədə, Azərbaycan xalqının maraqlarına cavab verməsinə diqqət çəkir”.

G.Tseretelinin sözlərinə görə, islahatlar deməyə əsas verir ki, Azərbaycanda seçiləcək yeni parlament daha enerjili və daha fəal olacaq.

İnterpress.az