Ermənistan nümayəndə heyəti Avronest PA-nın sessiyasında təxribat törədibbackend

Ermənistan nümayəndə heyəti Avronest PA-nın sessiyasında təxribat törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avronest Parlament Assambleyasının Tbilisidə keçirilən VIII plenar sessiyasında Ermənistan nümayəndə heyəti təxribata əl atıb.

İnterpress.az  xəbər verir ki, toplantıda Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı “Dağlıq Qarabağ xalqı” və “Artsax” ifadələri işlədib.

Qondarma “erməni soyqırımı”nı da qeyd edən ermənistanlı deputat sessiya iştirakçılarından törədilmiş bütün soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Sessiyada çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili çıxışında soyqırım qurbanlarının anılmasını müsbət qiymətləndirib. O, Ermənistan silahlı birləşmələrinin Xocalıda da soyqırım törətdiklərini toplantı işirakçılarının diqqətinə çatdırıb.

Deputat həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə dəstək göstərməyə çağırıb.

İnterpress.az