Rusiya və Səudiyyə Ərəbistanı arasında gizli görüşbackend

Rusiya və Səudiyyə Ərəbistanı arasında gizli görüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu məlumatı “New York Times” qəzeti səudiyyəli və amerikalı məmurlara istinadən yayıb.

Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanı və Rusiyanın gizli görüşünün məqsədi rəsmi Moskvanın Bəşər Əsədi dəstəkləməkdən imtina etməsi üçün ona təzyiq etmək olub. Qarşılığında rəsmi Ər-Riyad neft qiymətlərinin yüksəlməsi üçün lobbi fəaliyyətlərini təklif edib.

“Əgər neftin qiyməti Suriyada sülhün əldə olunmasında rol oynayacaqsa, Səudiyyə Ərəbistanının belə bir əməkdaşlığa getməməsi üçün səbəb görmürəm” deyə bir səudiyyəli məmur bildirib.

Lakin bununla yanaşı, Ər-Riyadın bu iki şərtinin bir-biriylə əlaqəsini birləşdirə bilməsi aydın deyil.

İddia olunur ki, danışıqların bir çox raundu keçirilsə də hələ ki, hansısa nəticəyə gəlinməyib. Suriya mövzusu Səudiyyə nümayəndə heyətinin ötən ilin noyabrında Moskvaya səfəri zamanı əsas müzakirə obyekti idi.

Yeni kral isə xələfinin siyasətini davam etdirəcəyini bildirib.

İnterpress.az