“EuroHome”da baş verən yanğın tam məhdudlaşdırılıb – VİDEO – YENİLƏNİBbackend

“EuroHome”da baş verən yanğın tam məhdudlaşdırılıb – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“EuroHome” tikinti materialları bazarında baş verən yanğın tam məhdudlaşdırılıb. Bir təyyarə və 3 helikopter vasitəsilə 150 tona yaxın su yanğın olan əraziyə tökülüb\”.

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

O bildirib ki, 2 saat yarıma qədər davam edən yanğının söndürülməsində öncə su problemi olub: \”Mənə verilən məlumata görə, yanğın yerinə FHN-in 40-dan çox texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olunub. İlkin məlumata görə, yanğının ərazisi 21 min kvadrat metrdir. Yanğın səbəbləri hazırda araşdırılır. Daha ətraflı məlumatlar veriləcək\”.

09:54

“Ekologiya postu” yaxınlığında ticarət mərkəzi yanır.

OnlinePress.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində tikinti materialları satılan “EuroHome” mərkəzində baş verib.

Bir mağazada başlayan yanğın qısa müddətdə digərlərinə yayılıb.

Hazırda güclü yanğının bütün mağazalara yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən faktı təsdiqləyiblər.

“EuroHome”da baş verən yanğın tam məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB

“EuroHome”da baş verən yanğın tam məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB

“EuroHome”da baş verən yanğın tam məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB