“EuroHome”dakı yanğında 4 nəfər tüstüdən zəhərlənib, 8 nəfərə yerində yardım göstərilib – YENİLƏNİBbackend

“EuroHome”dakı yanğında 4 nəfər tüstüdən zəhərlənib, 8 nəfərə yerində yardım göstərilib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazirlikdən  bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub.

\”Saat 16:05-ə olan məlumata görə 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var\”, deyə məlumatda vurğulanıb.

10:58

Səhiyyə Nazirliyi Bakı şəhərinin “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş briqada cəlb olunub:

“Saat 10:45-ə olan məlumata görə altı nəfərə yerində yardım göstərilib, iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib”.

İnterpress.az