Moldova Azərbaycanla oyundan imtina etdibackend

Moldova Azərbaycanla oyundan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniya, Yəmən və Moldova ilə danışıqlar aparan AFFA sonuncularla anlaşa bilməyib. Moldovalı həmkarlarımız tərəflərin yoxlama oyununun tarixi ilə bağlı razılıq əldə edə bilmədiyini iddia edir.

Moldova Futbol Federasiyasının vitse-prezidenti, Bakının “İnter” klubunun sabiq futbolçusu İon Testimitsianunun da təsdiqlədiyi xəbərə əsasən, AFFA oyunun fevralın 24-də, moldovalılar isə 22-də keçirilməsini istəyib. Məsələ ondadı ki, fevralın 14-də Rumıniya, 18-də Qazaxıstanla qarşılaşacaq moldovalılar toplanışı daha tez başa vurmaq üçün yığmamızla 22-də oynamağı lazım bilib. Lakin tərəflər ortaq məxrəcə gələ bilmədiyindən Azərbaycan – Moldova matçı baş tutmayacaq. Testimitsianunun təmsil etdiyi qurum oyundan imtina ilə bağlı AFFA-ya rəsmi məktub da göndərib.

Qeyd edək ki, millimiz fevralın 20-dən 26-dək Antalyada hazırlıq keçəcək. Moldovanın imtinasından sonra isə Robert Prosineçkinin yetirmələrinin qarşılaşa biləcəyi iki komanda qalıb. Bunlar Asiya təmsilçiləri İordaniya və Yəmən idi.

İnterpress.az