Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi – General vəzifədən azad edildibackend

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi – General vəzifədən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib.

Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib. Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

FHN-dən  təyinatı təsdiqləyiblər.

FHN-in Bakı Regional Mərkəzinin yeni rəisi H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti – red.) bitirib.

Ailəlidir, iki övladı var.

İnterpress.az