Teleqüllə ətrafında ağaclarla bağlı məsələ öz həllini tapdı — Ağaclar bərpa olundubackend

Teleqüllə ətrafında ağaclarla bağlı məsələ öz həllini tapdı — Ağaclar bərpa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən İnterpress.az olaraq Demokrat.az -a istinadən Bakının Səbail rayonu ərazisində əkilmiş ağacların baxımsız vəziyyətə düşdüyünü yazmışdıq. Problemi işıqlandırdıqdan sonra aidiyyatı qurumlar məsələnin həll olunması üçün əməli fəaliyyətə keçiblər.

Belə ki, Bakı Televiziya Qülləsi (Teleqüllə) yaxınlığında əkilən ağacların vəziyyətinin heç də ürəkaçan olmadığını qeyd etmişdik. Məsələdən cəmi bir gün sonra problem həll olunub və ağacların bərpasına start verilib.

Problemin tez bir zamanda öz həllini tapdığına və məsələyə laqeyd qalmadığına görə, aidiyyatı qurumlara öz təşəkkürümüzü bildiririk.