Ulu Öndəri gənclər necə xatırlayırbackend

Ulu Öndəri gənclər necə xatırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 dekabr Ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümüdür.

Ulu Öndərin siyasi fəaliyyəti ölkənin rifahını, dövlətçiliyini, inkişafını formalaşdırdı. Ulu Öndərin Azərbaycan Respublikasının Prezidenti seçilməyindən sonra ölkə də gənclər siyasəti də böyük təkan aldı.

Bununla bağlı fikirlərini bölüşən STM-in baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov qeyd edib ki, Ulu Öndər Azərbaycanda gənclər siyasətinin memarıdır: “Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alaraq müasir ixtisaslara yiyələnib. “

Tural İsmayılov qeyd edib ki, məhz Heydər Əliyevin sayəsində bir çox peşəkar kadrlar mühüm dövlət postlarında təmsil olunublar:

“Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradıldı. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan Ulu Öndər deyirdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olub”.

Ekspert qeyd edir ki, 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olub: “ Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu öndərimizin gənclərlə çox saylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Formu keçirildi. Formda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı. Həmin dövürdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən ehtimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edildi. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirə layiqdir.”

Tural İsmayılov vurğulayır ki, istənilən düşüncəli və dünyagörüşlü insan bilir ki, bir lider o zaman öz xalqının qüruru, öndəri olur ki:

Xalqları daxili və xarici siyasi hücumlardan xilas edir,

Bir dövləti bütün təlatümlərdən və imperialist hücumlardan qoruyur,

Etdikləri ilə millətin qəlbində və yaddaşında iz qoyur,

Özündən sonra üçün də bir yol müəyyənləşdirir və o xətt dövləti hər keçən gün bütün dünyada söz sahibinə çevirir.