Şervin Nəcəfpur Nobel Sülh Mükafatının təqdimat mərasimindəbackend

Şervin Nəcəfpur Nobel Sülh Mükafatının təqdimat mərasimində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 10-da Osloda Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilib. Çox sevindirici haldır ki, Norveçdəki CAN təşkilatının sədri Şervin Nəcəfpur ilk dəfə bu təntənətli mərasimdə iştirak edib. Bir çox ilklərə imza atan, Norveç doğumlu, əslən azərbaycanlı Şervin Nəcəfpur bu mərasimlə bağlı təəssüratlarını İnterpress.az-la bölüşüb.

Şervin Nəcəfpur bildirib ki, Norveçdəki Azərbaycan diasporu ilk dəfədir Nobel Sülh Mükafatının təqdimat mərasiminə dəvət olunub: “Təqdimat mərasimində 1000-ə yaxın qonaq var idi; başda Norveç Kral ailəsi, Norveçin Baş Naziri, keçmiş baş nazirləri, millət vəkilləri, nazirlər, ombudsman, səfirlər və Azərbaycanın dostları, Oslonun tanınmış siyasətçiləri Əmir Şeyx və Fatimə Əli Madar, eyni zamanda bir çox diaspor təşkilat rəhbərləri və s. Norveç və Azərbaycan arasında güclü dostluq münasibətlərinə səylərimizin qiymətləndirilməsi CAN təşkilatın sədri olaraq əvəzolunmaz böyük qurur hissinə səbəbdir. Bu mərasimi dəvət olunmağımız göstərir ki, bizim təşkilata iman var, bizi tanıyırlar və dəyər verirlər”. Şervin Nəcəfpur diaspor təşkilatı sədri olaraq başda 2019-cu il Nobel Sülh Mükafat qalibi Efiopiya Baş Naziri Abiy Əhməd Əliyi təbrik edib. Baş Nazir Efiopiya və Eritreya arasındakı müharibəni başa çatdırmaq üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb. 43 yaşlı Efiopiya Baş Naziri Abiy Əhməd Əlinin çıxışı şəxsən mənə çox təsir etdi. Xüsusilə bu cümlələri: “Mənim üçün sülh təmin etmək, ağac əkmək və böyütməklə müqayisə edilə bilər. Ağacların böyüməsi üçün suya və yaxşı bir torpağa ehtiyacı olduğu kimi, sülhün bəhrəsini görmək üçün sülh möhkəm bir öhdəlik, sonsuz səbir və xeyirxahlığa ehtiyac duyur”. O, çıxışında bir çox ilhamverici mövzulara toxundu və bu atmosferə şahid olmaq mənim üçün çox xoşudur. Ən yadda qalan hədisə isə Nobel Sülh komitənin sədri Berit Reiss-Andersenin həyəcandan dolayı mükafatı təqdim etməyi unutması oldu. Bütün zaldakılar güldülər, lakin insan bu hadisədən bu dərsi çıxarır ki, hər kəs insandır və əlbəttə, belə böyük şəxsiyyətlər qarşısında komitə sədri belə, həyəcanlana bilər”.

Şervin Nəcəfpur Nobel Sülh Mükafatının təqdimat mərasimində

Şervin Nəcəfpur Nobel Sülh Mükafatının təqdimat mərasimində

Şervin Nəcəfpur Nobel Sülh Mükafatının təqdimat mərasimində