SOCAR və BP rəhbərliyi Cənub Qaz Dəhlizi çərçivəsində qazın nəqli və satışı perspektivlərini müzakirə edibbackend

SOCAR və BP rəhbərliyi Cənub Qaz Dəhlizi çərçivəsində qazın nəqli və satışı perspektivlərini müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev BP qrupunun baş icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə  SOCAR-dan məlumat verilib.

Bildirilir ki, görüşdə SOCAR-BP əməkdaşlığının perspektivləri, xüsusən, “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın stabilləşdirilməsi, təbii düşmə tempinin mümkün dərəcədə qarşısının alınması məsələləri müzakirə olunub. Həmçinin yaxın müddətdə “Şəfəq-Asiman” perspektiv strukturunda kəşfiyyat qazmasının başlanılması ilə yanaşı, Azərbaycanda müxtəlif yataqların işlənməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşdə beynəlxalq bazarlarda SOCAR və BP-nin birgə əməliyyatları, Cənub Qaz Dəhlizi çərçivəsində qazın nəqli və satışı perspektivləri, dünya neft-qaz bazarının hazırkı vəziyyəti, müşahidə olunan trendlər də müzakirə edilib.

Sonda Rövnəq Abdullayev BP qrupunun təqaüdə çıxmağa hazırlaşan baş icraçı direktoru Robert Dadliyə SOCAR-ın xatirə hədiyyələrini təqdim edib.

İnterpress.az