Kürdəmirdə “Azərişıq” əməkdaşını cərəyan vurdubackend

Kürdəmirdə “Azərişıq” əməkdaşını cərəyan vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Kürdəmir rayon, Xırdapay kənd sakini 1968-ci il təvəllüdlü Xəlilov Əhliman Aydın oğlu işıq dirəyində işləyərəkən onu elektrik cərəyanı vurub öldürüb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.