Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib – FOTOLARbackend

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ombudsmanın Cəlilabad Regional Mərkəzi 09-10 dekabr 2019-cu il tarixlərində, 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialı, Cəlilabad Tibb Kolleci və Lənkəran şəhər, O.Mirzəyev adına qarışıq tipli uşaq evində“İnsan hüquqlarının qorunması dövlətin ali məqsədi kimi və fundamental hüquqlarımız” mövzusunda maarifləndirici tədbirlər keçirib.

İnterpress.az xəbər verir ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevanın adından tədbir iştirakçılarını salamlayaraq, 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı onları təbrik edib.

Qeyd edilən təhsil ocaqlarında keçirilən tədbirlərdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov çıxış edərək, insan hüquqlarının yaranma tarixi, BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Benəlxalq Pakt, Mülki və siyasi hüquqlar haqqında Benəlxalq Pakt, ölkəmizin bu mühüm sənədlərə qoşulması və digər müddəalar barədə geniş məlumat verib. Z.İsmayılov bildirib ki, ölkəmizdə insan hüquqları ilə bağlı islahatların təməli Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə qoyulmuşdur. Müstəqil Azərbaycanımızın ilk demokratik Konstitusiyası isə məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik tərzdə qəbul edilmişdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edən əsas Qanunumuzun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur. Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi olmuşdur. Qısa müddət ərzində bu məqsədlə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, çoxsaylı fərman və sərəncamlar imzalanmaqla müvafiq qanunvericilik aktları qəbul olunmuşdur. Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması və 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilməsi də atılan mütərəqqi addımlardan oldu. Ulu öndərin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı ilə insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində də strateji məqsədlər, insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının layihəsinin hazırlanması, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması, insan hüquqları üzrə Elmi Tədqiqat institutunun yaradılmasına dair təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunu təmin edilməsi və s. bu kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı müəyyən olundu.

Bu proseslərin məntiqi davamı kimi, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqləndi. Dövlət Proqramında insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və qurumlarda tədqiqat və təhsil proqramları üzrə mütəxəsislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər nəzərdə tutulurdu. İnsan hüquq və azadlıqlarının təmini istiqamətində aparılan hüquqi islahatların tərkib hissəsi kimi, insan hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə 28 dekabr 2001-ci il tarixdə «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Konstitusiya Qanununun qəbul edilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpasında yeni mexanizmin və ölkə modelinin formalaşmasına imkan verdi. Azərbaycanda aparılan hüquqi islahatların əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər və xalqımızın dövlətçilik ənənələri dayanır. Son illərdə isə hüququn bütün sahələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dövlət orqanlarının statusunu, fəaliyyət istiqamətlərini müəyyən etməklə hüquqi dövlət üçün demokratik cəmiyyətdə zəruri olan qanunvericilik bazasının yaradılması insan hüquq və azadlıqlarının müdafiəsinə real imkanlar açmışdır. Ölkə prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş \”Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı\” bu sahədə Dövlət Proqramının fəlsəfəsini inkişaf etdirmişdir.

İnsan hüquqları sahəsində həyata keçirilən islahatların məntiqi davamı olaraq, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələri müəyyən edən, insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində yeni prioritetlər nəzərə alınmaqla 27 dekabr 2011-ci il tarixdə ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib. Keçirilən tədbirdə Z.İsmayılov bu Proqramın icrasına dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının cəlb olunmasının həmin sənədin icra mexanizminin effektivliyinə yönəldiyini və digər mühüm məqamları diqqətə çatdırıb.

Tədbirdə müəllim tələbə heyəti və uşaqlar iştirak edib. İştirakçılar mütəmadi maarifləndirici tədbirlərin keçirilməsinə görə Müvəkkilə minnətdarlıqlarını bildiriblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib - FOTOLAR

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib - FOTOLAR

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib - FOTOLAR

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib - FOTOLAR

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib - FOTOLAR

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib - FOTOLAR

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib - FOTOLAR

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib - FOTOLAR