Zabratda mübahisənin sonu qanla bitdibackend

Zabratda mübahisənin sonu qanla bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə Zabrat 1 qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Cəfərov Emin Ənvər oğlu tanıdığı şəxslə mübahidə zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az