Qazaxıstan Azərbaycanla miqrasiya müqaviləsi imzalamağa hazırlaşırbackend

Qazaxıstan Azərbaycanla miqrasiya müqaviləsi imzalamağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan bir sıra MDB ölkələri ilə miqrasiya müqavilələrini imzalamağa və təsdiqləməyə hazırlaşır.

Bu barədə İnterpress.az Qazaxıstan Teleqraf Agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyinin Azərbaycan, Qırğızıstan, Belarus və Ermənistanla müvafiq müqavilələri və təsdiq layihələrini hazırladığı bildirilir.

Bundan əlavə, Azərbaycan vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi haqqında 2 oktyabr 2009-cu il tarixli sazişdə dəyişiklik edilməsi haqqında protokolun təsdiqlənməsi gözlənilir.

İnterpress.az