Səfir: “Türkiyə və Azərbaycanın düşmənləri bilməlidirlər ki, biz gələcəkdə də bir yerdə olacağıq”backend

Səfir: “Türkiyə və Azərbaycanın düşmənləri bilməlidirlər ki, biz gələcəkdə də bir yerdə olacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə və Azərbaycan arasındakı dostluq sonsuzdur”.

İnterpress.az  xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Heydər Əliyevin mirasının Azərbaycanda yaşadılması, onun ölkənin tərəqqisinə yönəldilən siyasətinin davam etdirilməsi çox sevindiricidir: “Türkiyə və Azərbaycan dövləti və xalqları güclüdür və birlikdədir. Bu, gələcəkdə də belə olacaq. Bütün dost və düşmənlər də bunu bilməlidirlər”.

İnterpress.az