Baş nazirə qəribə hədiyyəbackend

Baş nazirə qəribə hədiyyə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yunan baş nazir ölkəsini böhrandan qurtararsa qalstuk taxacaq.

Avropa səfərinə çıxan Yunanıstanın baş naziri Cənubi Kipr Respublikasına səfərdən sonra İtaliyaya gəlib. Paytaxt Romada həmkarını qəbul edən Matteo Renzi iki saata yaxın davam edən görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Şən əhvalda keçən mətbuat konfransında Renzi Çiprasa qalstuk hədiyyə edib:“Aleksinin gözəl bir düşüncəsi var. Yunanıstan böhrandan çıxmayana qədər qalstuk taxmayacaq”.

Renzo Avropa Birliyinin başqanlığı üçün hazırlanan qalstuku Çiprasa hədiyyə edib. Yunanıstan baş naziri də gülərək “Hökumət böhranın həllini tapacağı təqdirdə bu qalstuku taxacağam” deyib.

Yunanıstan heyətindəki kişilərin də qalstuk taxmadığı diqqətdən yayınmayıb.

İnterpress.az