Nazir müavini: “Orta məktəblərdə əlavə 800 psixoloqa ehtiyac var”backend

Nazir müavini: “Orta məktəblərdə əlavə 800 psixoloqa ehtiyac var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək\”.

OnlinePress.az məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədə təxminən 3000-ə yaxın psixoloqun iştirakı arzuolunandır: \”Amma qeydiyyat artıq bitmək üzrədir. Qeyd edim ki, bizim ölkə üzrə 800 nəfər əlavə vakansiyaya ehtiyacımız var. Ümumi sistemdə 2 mindən artıq psixoloq fəaliyyət göstərir. Hazırki diaqnostik qiymətləndirmə psixoloqların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir. Diaqnostik qiymətləndirmədən sonra da psixoloqların əmək haqqının artımı məsələsi tərəfimizdən müzakirə olunan vacib məsələlərdən olacaq\”.

OnlinePress.az