İmişlidə “Qazel”lə minik avtomobili toqquşdu, 1 nəfər öldü, 2 nəfər xəsarət aldıbackend

İmişlidə “Qazel”lə minik avtomobili toqquşdu, 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişlidə 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İnterpress.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

İmişli rayon sakini, 1984-cü il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlunun idarə etdiyi “Qazel” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində dünyasını dəyişib. “Qazel”in sürücüsü və minik avtomobilində olan-Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Bayram Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az