Şəmkirdə qadını qatar vurub öldürdübackend

Şəmkirdə qadını qatar vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə qatar qadını vurub.

İnterpress.az xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsi ərazisindən keçən Dəllər-Zəyəm mənzilinin 137-ci km-də qeydə alınıb.

Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Şərifova Xəyalə Zakir qızı qəflətən hərəkətdə olan elektrovozun yoluna çıxıb. Elektrovoz həyəcan siqnalı verməklə yanaşı, təcili tormozlama etsə də, məsafə az olduğu üçün qadını vurub.

X.Şərifova xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İnterpress.az