Qadınların “Çətin” sınağı: Model olmağa çağırıb, fahişəliyə məcbur etdilərbackend

Qadınların “Çətin” sınağı: Model olmağa çağırıb, fahişəliyə məcbur etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qadınları fahişəliyə məcbur edən dəstə tutulub.

Belə ki, İstanbul Təhlükəsizlik İdarəsinin Miqrant Qaçaqçılığı və İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları Silivridə fahişəliklə məşğul olan xarici vətəndaşın ifadəsi ilə bağlı istintaqa başlayıblar.

Sondakika.com-un xəbərinə görə, qadınları zorla fahişəliyə məcbur edən dəstə başçısı, “Çətin” ləqəbli, 32 yaşlı Ö.M. və onun 13 nəfərlik cinayətkar dəstəsi polis tərəfindən üç ay müddətində izlənilib.

Polisin xilas etdiyi qadınların ifadələrindən məlum olub ki, dəstə üzvləri fərqli yollarla tanış olduqları xarici ölkə vətəndaşlarını iş adı ilə Türkiyəyə çağırıblar.

Daha sonra xarici qadınlara model olacaqları ilə bağlı müqavilə imzaladan cinayətkarlar onları zorla fahişəliyə cəlb ediblər.

Qaçmağa çalışanlar isə döyülüb, üstlərinə qaynar su tökülərək işgəncə verilib və xaricdə yaşayan ailə üzvlərinin öldürülməsi ilə şantaj olunublar.

Müəyyən olunub ki, dəstənin ölkə xaricində əlaqələrini təşkil edən adam Özbəkistanda yaşayan “Dədə” ləqəbli M.A. olub.

Dəstə üzvlərinin başçıları da daxil olmaqla 11 üzvü nəzarətə götürülüb.

Bir hissəsi Özbəkistana qaçmaq istəyəndə, digərləri isə dörd mənzilə hücum zamanı polislər tərəfindən tutulan şübhəlilərin səkkizi həbs olunub.

Nəticədə, 21 əcnəbi qadın xilas edilib.

İnterpress.az