İlin ən yaxşı oyunları açıqlandıbackend

İlin ən yaxşı oyunları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da keçirilən “The Game Awards” mükafatlandırma mərasimində ilin ən yaxşı oyunlarının adları açıqlanıb.

“RİA Novosti” xəbər verir ki, münsiflər heyəti Yaponiyanın “FromSoftware” şirkətinin istehsalı “Sekiro: Shadows Die Twice” oyununu ilin oyunu adlandırıb.

Bu nominasiyada izləyicilərin seçiminə əsasən, “Fire Emblem: Three Houses” qalib olub. “Əsas ekşn-oyun” nominasiyasında isə “Capcom” şirkətinin “Devil May Cry 5” oyunu qalib olub. İlin ən yaxşı idman oyunu “Crash Team Racing Nitro-Fueled” seçilib.

Mobil cihazlar üçün ən yaxşı oyun mükafatına “Call of Duty: Mobile” layiq görülüb.

Qeyd edək ki, “The Game Awards” –  kompüter oyunları və kiberidman sahəsindəki nailiyyətlərin hər il keçirilən mükafatlandırma mərasimidir. 2018-ci ildə “God of War” oyunu ilin ən yaxşısı seçilmişdi.

İnterpress.az