Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu varbackend

Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin dekabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana olan borcu 6,8 milyon ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında məlumat verilir.

Bildirilir ki, Gürcüstanın 5,39 milyard dollar məbləğində xarici dövlət borcu var. Bunun da 5,18 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin siyahısında birinci yerdə 312,5 milyon dollarla Almaniya dayanır. Üçlükdə sonrakı yerləri Fransa (229 milyon dollar) və Yaponiya (213,9 milyon dollar) tutur.

Gürcüstanın, həmçinin, Türkiyəyə 13,2 milyon, Rusiyaya 53,7 milyon dollar həcmində borcu var.

İnterpress.az