Maldini İbrahimoviçin “Milan”a keçidi ətrafında gedən danışıqları şərh etdibackend

Maldini İbrahimoviçin “Milan”a keçidi ətrafında gedən danışıqları şərh etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milan”ın idman direktoru Paolo Maldini isveçli hücumçu Zlatan İbrahimoviçlə aparılan danışıqları şərh edib.

Maldini “Football İtalia” nəşrinə açıqlamasında deyib:

“İbrahimoviç şübhəsiz ki, bizim üçün bir variantdır və biz onunla danışıqları davam etdiririk. Lakin başqa variantlarımız da var. Vaxt keçdikcə daha da çətin olur. O, 28 oktyabrdan oynamır, buna görə də vəziyyət çətinləşir. Biz bütün istedadlı oyunçular üçün açığıq”.

İbrahimoviç Amerika Futbol Liqasında ötən mövsüm 31 matçda “Los-Anceles Qalaksi” klubunun heyətində iştirak edib. Onun hesabında 31 qol və 8 məhsuldar ötürmə var.

İbrahimoviçin klubla müqaviləsinin müddəti bu ilin sonunda bitir.

Qeyd edək ki, İbrahimoviç “Milan”ın heyətində 2010-2012-ci illərdə çıxış edib.

İnterpress.az