Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılırbackend

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

İnterpress.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq püşkatma mərasimində heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz.

Komandalar Səpələnmişlər və Səpələnməmişlər olaraq iki səbətdən çıxarılacaq:

Səpələnmişlər: \”Barselona\” (İspaniya, F qrupu), \”Bavariya\” (Almaniya, B qrupu), \”Yuventus\” (İtaliya: D qrupu), \”Leyptsiq\” (Almaniya, G qrupu), \”Liverpul\” (İngiltərə, E qrupu), \”Mançester Siti\” (İngiltərə: C qrupu), PSJ (Fransa, A qrupu), \”Valensiya\” (İspaniya, H qrupu)

Səpələnməmişlər: \”Atalanta\” (İtaliya: C qrupu), \”Atletiko\” (İspaniya, D qrupu), \”Çelsi\” (İngiltərə, H qrupu), \”Borussiya\” (Dortmund, Almaniya, F qrupu), \”Lion\” (Fransa, G qrupu), \”Napoli\” (İtaliya, E qrupu), \”Real Madrid\” (İspaniya, A qrupu), Tottenhem\” (İngiltərə, B qrupu)

1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. Səpələnmişlər səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər.

Çempionlar Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.