Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü – FOTObackend

Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Moskva vilayətinin Voskresenski rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumatı Saratov vilayətinin xilasetmə xidməti yayıb.

Qəza Sızran-Saratov-Volqoqrad magistral yolunun 236-cı kilometrliyində baş verib.

Belə ki,  “Chery” minik maşınını idarə edən 26 yaşlı sürücü “Scania” markalı avtomobil daşıyan TIR-la toqquşub. Qəza nəticəsində “Chery” markalı avtomobili idarə edən gənc hadisə yerində vəfat edib. Məlum olub ki, qəzada həlak olan şəxs Azərbaycan vətəndaşıdır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır, qəzanın səbəbləri araşdırılır.

İlkin məlumatlara görə qəzanın səbəbkarı “Scania” yük maşınının sürücüsüdür, o, qarlı havada idarəetməni itirərək, minik avtomobilinə çırpılıb.

Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü - FOTO

Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü - FOTO