Yevlaxda yeni doğulan körpə öldübackend

Yevlaxda yeni doğulan körpə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda yeni doğulan körpə ölüb.

APA-nın məlumatına görə, hadisə Yevlax Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Rayon sakini Fəridə Xəlilova dekabrın 15-i saat 23 radələrində bətndaxili hipoksiya əlamətləri olan qız uşağı dünyaya gətirib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, körpə gecə saatlarında vəfat edib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az