Gəncədə ruhi xəstə dispanserdə ölü tapıldıbackend

Gəncədə ruhi xəstə dispanserdə ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində ölüm hadisəsi baş verib.

İnterpress.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ruhi-Əsəb Dispanserində qeydə alınıb.

Dispanserdə müalicə alan 1937-ci il təvəllüdlü Hüseyn Mahmud oğlu Hüseynov palatada ölü tapılıb.

Xəstəxananın baş həkimi Elmira Mirzəyeva  faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az