Əməkdar artist: Qara camaat Nigar Camalı necə tanıyırsa, mən də elə tanıyırambackend

Əməkdar artist: Qara camaat Nigar Camalı necə tanıyırsa, mən də elə tanıyıram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Elnarə Abdullayevanın Azərbaycana “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camalı tanımadığını bildirməsi müzakirələrə səbəb olub.

E.Abdullayeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində məsələyə bu cür aydınlıq gətirib:

“Nigar məni tanımaya bilər. Mən də onu yaxından tanımıram. “Avroviziya” təmsilçimiz olduğunu, birinci seçildiyini bilirəm. Qara camaat onu necə tanıyırsa, mən də onu elə o cür tanıyıram. Nigar məni tanımağa məcbur deyil. Əsas odur ki, mən özüm-özümü tanıyıram. Əgər Azərbaycandan Nigarı o boyda nüfuzlu müsabiqəyə yollayıblarsa, demək ki, yaxşı ifaçıdır”.

Bir neçə həftə öncə Əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan “Gündən-günə” proqramında işlətdiyi “Gəlin qayınananın sözünü yeyə bilmirsə, evdən getsin” fikirlərinin qalmaqala səbəb olmasından söz açıb. O, sözlərinin təhrif olunduğunu və bu məsələdən əsəb keçirdiyini bildirib:

“Efirdə səsləndirdiyim fikirlərim yanlış anlaşıldı. Mən deməmişəm ki, atası evinə getsin. Demişəm ki, yola getmirlərsə, gənc ailə ayrı evə köçsün. Hər şey gəlinin əlindədir. Məni dəstəkləsələr də, dəstəkləməsələr də, bu belədir. İnsan gələcəyini düşünməlidir. Qocalıb qar uçqununun altında qalanda kömək gözləyirlər. Ona görə də hər kəs bir-biri ilə gözəl ünsiyyət qurmağı bacarmalıdır”.

İnterpress.az