Gürcüstana qanunsuz qızıl keçirmək istəyən azərbaycanlı saxlanıldıbackend

Gürcüstana qanunsuz qızıl keçirmək istəyən azərbaycanlı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan vətəndaşı Gürcüstana qanunsuz qızıl əşya keçirmək istəyərkən saxlanılıb.

Apsnu.ge-nin xəbərinə görə, Azərbaycan vətəndaşı “Qırmızı Körpü” sərhəd-gömrük məntəqəsindən 326 qram qanunsuz qızıl keçirmək istəyib.

Gürcüstan Maliyyə Nazirliyinin gəlir xidmətinin əməkdaşları baxış zamanı onun baqajında 38,5 min lari (təx.22,700 AZN)məbləğində qızıl aşkar ediblər.

Bu faktla bağlı araşdırmanı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti davam etdirəcək.

İnterpress.az