Rusiyada silahlı münaqişə – Azərbaycanlı axtarışdadırbackend

Rusiyada silahlı münaqişə – Azərbaycanlı axtarışdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Rostov şəhəri yaxınlığında baş verən qanlı münaqişəsinin azərbaycanlıdan başqa bütün iştirakçıları tutulub.

Rusvesna.su bu barədə Rusiya Federal Təhlükəsizlik İdarəsinin Belqorod və Voronej bölgələrindəki sərhəd nəzarətinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verib.

“Dörd nəfər Rovenski rayonunda sərhədi qanunsuz keçmək və Ukraynada gizlənmək istəyərkən tutulub”, – məlumatda bildirilib.

Qeyd edək ki, Çernozubov fermasındakı münaqişə iki çeçen ailəsinin uzun illər otlaqlarını paylaşa bilmədikləri üçün baş verib.

İki klanın nümayəndəsi məsələni müzakirə eləmək üçün görüşüb və mübahisə ediblər. Lakin mübahisə sonradan silahlı münaqişəyə çevrilib və beş nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnib.

Silahlı münaqişənin iştirakçılarından birini Rostov-Don məhkəməsi nəzarətə götürüb.

Axtarışa verilən dörd nəfərdən üçü – Zauri Dakişvili (35 yaş), Qiorqi Dakişvili (35 yaş) və Merabi Marqoşvili (55 yaş) saxlanılıb.

Münaqişədə iştirak edən, hələ də tapılmayan 41 yaşlı Azərbaycan vətəndaşı Rabil Qocamanovun axtarışı davam edir.

İnterpress.az