Arvadını öldürdü, üç gün azyaşlı qızı ilə meyit olan evdə yaşadıbackend

Arvadını öldürdü, üç gün azyaşlı qızı ilə meyit olan evdə yaşadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində kişi arvadını öldürdükdən sonra azyaşlı qızı ilə üç gün meyit olan evdə yaşayıb.

İHA-nın xəbərinə görə, Esenyurtda Elif Özde Uzunu evində bıçaqlayıb öldürən Ərhan Taslının məhkəməsi olub.

Arvadının telefonuna gələn mesaja görə qısqanclıq zəminində onu öldürən Ə.Taslı ifadəsində qadının xəyanəti etiraf etdiyini bildirib.

“Qəzəblənib mətbəxə getdim və bıçaq götürdüm, sonrası yadımda deyil, peşmanam. Qızımı anasız qoymamalıydım”, – deyən şəxs hadisəni törədəndən sonra E.Özdənin əllərini bağlayaraq üstünü örtüb.

Daha sonra üç gün azyaşlı qızı Sudə ilə anasının cəsədi olan evdə yaşayan həmin şəxs özü polisə təslim olub.

Mərhumun bacısı Fatma Parim ifadəsində bildirib ki, Ə.Taslı onun əllərini bağlayaraq bıçaqlayıb, yoxsa 1.90 sm. boyu, 150 kq. çəkisi olan mühafizəçi işləyən bacıma gücü çatmazdı.

İş üzrə şahid olan şəxslər dindirilmədiyi üçün məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb. Həmin şahidlərin dindirilməsinə və bu müddət ərzində təqsirləndirilən Ə.Taslının həbsdə qalmasına qərar verilib.

İnterpress.az