Monçi növbəti dəfə türk ulduza elçi düşdübackend

Monçi növbəti dəfə türk ulduza elçi düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Roma” klubunda çıxış edən türk futbolçu Cengiz Ündər komandasını dəyişə bilər.

“Milliyyet” xəbər verir ki, zədə səbəbindən bu mövsüm istənilən oyunu nümayiş etdirməyən futbolçu bir vaxtlar onu “Roma”ya gətirən, indi isə “Sevilya”da çalışan idman direktoru Ramon Monçinin maraq dairəsindədir.

Monçinin artıq Cengiz Ündərin transferi ilə bağlı təşəbbüslərə başladığı qeyd olunur.

Qeyd edək ki, 15 milyon avro transfer məbləği qarşılığında “Roma”ya keçən Cengiz Ündər bu mövsüm doqquz oyunda 375 dəqiqə meydanda olub və bir qol vurub.

İnterpress.az