Hakerlər Mbappeni ələ saldı: “Gələn dəfə…”backend

Hakerlər Mbappeni ələ saldı: “Gələn dəfə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin fransız hücumçusu Kilian Mbappenin “Twitter” hesabı hakerlərin əlinə keçib.

İnterpress.az xəbər verir ki, bu barədə hakerlər özləri Mbappenin ələ keçirilən və 3,61 milyon izləyiciyə sahib hesabında yazıblar.

Hakerlər hesabın adını dəyişərək “Kylian Mbappe Hacked by TSU x FanTarte” ilə əvəz ediblər, həmçinin, hesabın qırılmasında əli olanların adlarını qeyd ediblər.

Daha sonra hakerlər bildiriblər ki, növbəti dəfə səhifəni daha yaxşı qorumaq lazımdır.

İnterpress.az