Röya Abbas və Zamiq küsülülüyündən danışdı: “Hər ikisi tərs və eqoistdir”backend

Röya Abbas və Zamiq küsülülüyündən danışdı: “Hər ikisi tərs və eqoistdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zamiq və Abbas bir-birini çox istəyir və hörmət edirlər. Hər ikisində tərslik və eqoistlik olduğu üçün bu küsülülük uzun çəkir. İnşallah, hər iki dostum tezliklə barışacaq.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Röya Ayxan yaxın dostları Abbas Bağırov və Zamiqin küsülü olmasına münasibət bildirərkən deyib.

“Zamiqlə aramızda elə də böyük olmayan anlaşılmazlıq yaranmışdı. Məni Zamiqlə Abbas Bağırov barışdırıb. Biz barışdıqdan sonra Abbas çox sevindi. Üç ay sonra isə onlar küsdü. Onların küsülülüyü çox davam etdi.

Mən hər ikisinin xasiyyətini yaxşı bilirəm. Abbas Zamiqi hədsiz çox istəyir. Zamiq dedi-qodulara qarışan deyil və dostunun arxasınca heç nə danışmaz. Sadəcə, məclislərin birində münasibətlərində anlaşılmazlıq yaranıb. Ümid edirəm ki, onlar tezliklə barışacaq. Başqa yolu yoxdur”, – deyə Röya Ayxan bildirib.

“Onları barışdırmaq fikriniz var?” sualına Xalq artisti belə şeyləri sevmədiyini deyib:

“Onların hamısı boş şeylərdir. İnsanların özü o həddə gəlib barışmalıdır. İkisi də qız bürcüdür. Hər ikisində tərslik və eqoistlik var. İstəyirəm ki, Abbas da bu barışa addım atsın. Çünki həmişə özü məni belə şeylərə sövq edib. Ona demək istəyirəm: “Zamiq tanıdığımız insanlar arasında ən möhtəşəm bir oğlandır. Onunla küsülü qala bilməzsən. Barışın, getsin”.

Nə Abbas, nə də Zamiq toy müğənniləri deyil. Onların davası pul və ya səhnə üstündə deyil. Hər birinin öz tamaşaçısı var. Bunu qorumaq üçün dostluqlarını saxlamalıdırlar”.

İnterpress.az