Aygün Bayramovadan bəzi həmkarlarına ittiham: Sosial şəbəkələrin hesabına meydan sulayırlarbackend

Aygün Bayramovadan bəzi həmkarlarına ittiham: Sosial şəbəkələrin hesabına meydan sulayırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər zaman gedəcəyim proqramları seçirəm. Özümə uyğun olanlara gedirəm.

Bunu Oxu.Az-a danışan Xalq artisti, xanəndə Aygün Bayramova son vaxtlar efirlərdə görünməməsindən danışarkən bildirib.

Xalq artisti efirlərə az-az çıxmağın yaxşı olduğunu deyib:

“Ümumiyyətlə, qərarları özüm verirəm. Ona görə də efirlərə az çıxıram.  Amma sanballı proqramlarda iştirak edirəm.

Bayağı mahnılar efirlərə ayaq açıb. O mahnılar və ifaçılar həmişə olub. Sadəcə o vaxt sosial şəbəkələr olmadığı üçün onlar efirlərdə ola bilməyiblər. Amma bu gün müəyyən ifaçılar və mahnılar sosial şəbəkələrin hesabına efirlərdə meydan sulayır. 

Efirlərdə səviyyə xeyli aşağı düşüb. Bu səbəbdən də bəzi proqramlara getmirəm. Maraqlıdır, bir müğənnini həftədə neçə dəfə efirə çağırarlar?”.

Aygün Bayramova bir müddət öncə televiziyalarda yaradılan Bədii Şuraların heç bir işə yaramadığını bildirib:

“Şuraların xeyrini görmürəm. Çünki şuralar yaradılsa da, televiziyalarda hər şey eynidir. Ona görə də efirlərdə səviyyə çox aşağıdır.

Ümumiyyətlə, indiki sənətçilər böyük-kiçik yeri bilmirlər. Bunlara diqqət etmək lazımdır. Böyük deyən sözlərə qulaq asmaq və nəticə çıxarmaq lazımdır. Bundan sonra vəziyyətin necə olacağını bilmirəm. Onu zaman göstərəcək”.

İnterpress.az