Mesut Özil karyerasını Türkiyədə davam etdirə bilərbackend

Mesut Özil karyerasını Türkiyədə davam etdirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil karyerasını Türkiyədə davam etdirə bilər.

İnterpress.az “Fotomac”a istinadən xəbər verir ki, 31 yaşlı almaniyalı yarımmüdafiəçinin xidmətində “Fənərbağça” maraqlıdır. “Topçular”ın Türkiyə əsilli futbolçunu qış fasiləsində İstanbul təmsilçisinə icarəyə verəcəkləri bildirilir.

Məlumata görə, “Fənərbağça”nın idman direktoru Damyen Komolli “Arsenal”la danışıq aparmaq üçün Londona gəlib. Keçidin yaxın günlərdə reallaşamaq ehtimalı var.

Qeyd edək ki, 2013-cü ilin yayından “Arsenal”da çıxış edən Özilin klubu ilə 30 iyun 2021-ci ilə qədər müqaviləsi var. Təcrübəli futbolçu bir müddət əvvəl “Twitter” hesabında Çinin uyğurlara qarşı repressiv siyasətini tənqid etdiyi üçün London klubu ilə problem yaşayır. Üstəlik, “topçular”ın baş məşqçisi təyin olunacağı gözlənilən Mikel Arteta da onun xidmətində maraqlı deyil.

İnterpress.az